Quran əhli

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.
Quran əhli

Quran öyrənmək, əzbərləmək və başa düşmək istəyən َ QADINLAR üçün tədris portalı


    Mədrəsimizdə keçirilən dövriyyələrdə necə iştirak etmək olar?

    Amatullah
    Amatullah
    Nəzarətçi


    Сообщения : 96

    Mədrəsimizdə keçirilən dövriyyələrdə necə iştirak etmək olar? Empty Mədrəsimizdə keçirilən dövriyyələrdə necə iştirak etmək olar?

    Сообщение автор Amatullah Пт Май 23, 2014 5:37 am

    بسم الله الرحمن الرحيم


    Mədrəsimizdə keçirilən dövriyyələrdə necə iştirak etmək olar?


    İlk öncə qeyd edək ki, QuranƏhli mədrəsəmizdə keçirilən və (İnşəAllah) keçiriləcək dövriyyələr hələki yalnız qadınlar üçün nəzərdə tutulub. Lakin istəyən qardaşlar da, dövriyyəyə qoşulan məhrəmlərinin vasitəsi ilə dərsi dinləyə bilərlər.
     
    Hal-hazırda mövcud olan online dövriyyələrin cədvəli:
     
    1. Cuz Əmmə`nin təfsiriEmin Hacıyev – 1-ci və 4-cü günlər, səhər saat 07:00 (Dövriyyənin linki: http://www.wiziq.com/online-class/1815437-tefsir-emin-haciyev)
     
    2. “Riyədus Salihin” kitabından hədislərin şərhiUseyd Turabov – Hər şənbə günü, səhər saat 07:00 (Dövriyyənin linki: http://www.wiziq.com/online-class/1866021-riyadussalihin-1-useyd-turabov)


    3. Hər 3-cü gün, səhər 07:00'da Beynəlxalq Mədina İslam Universitetində təhsilini magistr kimi davam etdirən Fərman İsayev qardaşımızın "Oruc Fiqhi" dərsləri. (Dövriyyənin linki: http://www.wiziq.com/online-class/1933693-oruc-fiqhi-ferman-isayev)

     
    _______________________________________________
     
    Dərslərə qoşulmaq üçün tərtiblə düzülən punktları sizlərə təqdim edirik:
     
    1. Mədrəsəmizdə keçirilən dövriyyələrdə iştirak etmək üçün, hər bir tələbənin öz şəxsi tələbə nömrəsi olmalıdır. Bunun üçün (yalnız qadınlar) quranehli_moderator adlı Skype ünvanına dostluq atıb, onlardan dövriyyələrə qatılmaq üçün tələbə nömrəsi istəməlidir. (Eləcədə yeniliklərdən xəbərdar olmaq üçün qeyd etdiyimiz Skype ünvanında oturan mədrəsə heyətindən, onu (tələbəni) dərs barəsində elanlar qrupuna əlavə etməsini xahiş etsin).
     
    2. Daha sonra dərslərin keçirildiyi məkan olan www.wiziq.com saytına daxil olub mədrəsə heyəti tərəfindən ona verilmiş tələbə nömrəsi (misal üçün: Tələbə XXX) ilə qeydiyyatdan keçməlidir.
     
    Qeydiyyatdan keçərkən Allahın izni ilə bu link`dən faydalanmaq olar: Wiziq.com saytında qeydiyyat prosesi . (Qeydiyyat əsnasında email`a daxil olub, qeydiyyatı təsdiqləməyi unutmayın. Gmail adresində təsdiqləmə məktubu adətən “Оповещения” adlı bölməyə düşür. Mail.ru və s. digər adreslərdə isə “Спам” adlı qovluğa düşə bilər).
     
    3. Qeydiyyat prosesini başa vurduqdan sonra isə bu linkdən (www.wiziq.com/quranehli) keçərək www.wiziq.com saytında Mədrəsəmizi dostluğa əlavə etməlidir. Daha ətraflı: Wiziq.com saytında mədrəsəni dostluğa əlavə etmək
     
    4. Bununla dövriyyələrə qoşulmaq prosesinin 97%`ni artıq geridə qoymuş tələbə, dərs cədvəlinə nəzər salaraq, qoşulmaq istədiyi dövriyyənin link`indən keçərək, dərsə təqribən 5 dəqiqə qalmış Launch Class yazılmış yaşıl düyməni basıb dərs otağına daxil olmalıdır. Dərs otağı dərs vaxtında (misal üçün 07:00`da) açılır. Biraz tez daxil olduqda otağın açılmasına qalan müddət göstəriləcəkdir. Siz sadəcə gözləyin, tam vaxtı çatdıqda otaq aktiv olacaqdır inşəAllah.
     
    5. Əlavə (tapşırıqlar, imtahanlar, hesabatlar, imtahan nəticələri, dərslərdən yığılmış konspektlər və s. digər) məlumatlardan xəbərdar olmaq üçün isə, tələbə Mədrəsəmizin forumundan (https://quranehli.azerbaijaniforum.com) qeydiyyatdan keçməlidir. (Tələbə qeydiyyatdan, onun qadın olmasını bildirəcək adla keçməlidir. Qeydiyyatınız moderator yoxlanışından sonra aktivləşir. Kişi adı ilə qeydiyyatdan keçən tələbələrin qeydiyyatları aktivləşdirilməyəcəkdir.)
     
    QEYD: Bir çox tələbələri maraqlandıran suallardan biri haqqında ətraflı məlumat vermək istərdik. Dərs əsnasında dərs otağında iştirak edən tələbələrin üzərinə düşən: dərsləri dinləmək, qeydlər aparmaq və həmçinin istəyənlər verilən bəzi tapşırıqları (hədis, ayə və s.) ərəbcə öyrənib təhvil müəlliməsinə Skype vasitəsi ilə təhvil günləri təhvil verməkdir. Dərs əsnasında tələbələrin nə kamerası nə mikrofonu aktiv olmur. Həmçinin hər bir dövriyyə başa çatdıqda imtahanların da keçirilməsi mədrəsəmizin, öyrənilən elmin Allahın izni ilə sabitləşməsi üçün nəzərdə tutduğu üslublardan (səbəblərdən) biridir.
     

    Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir." (əl-Maidə 2)

    Hörmətlə: QuranƏhli mədrəsəsinin rəsmi heyəti

    صلى الله على محمد و على آله و صحبه و سلم

      Текущее время Чт Ноя 21, 2024 4:49 pm