Quran əhli

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.
Quran əhli

Quran öyrənmək, əzbərləmək və başa düşmək istəyən َ QADINLAR üçün tədris portalı


    Mədrəsənin qaydaları!

    UmmAbdurRahman
    UmmAbdurRahman
    Nəzarətçi


    Сообщения : 560

    Mədrəsənin qaydaları! Empty Mədrəsənin qaydaları!

    Сообщение автор UmmAbdurRahman Пт Мар 07, 2014 11:51 pm

    بسم الله الرحمن الرحيم
    "Quran Əhli" onlayn mədrəsənin qaydaları

    Forumla bağlı qaydalar:

    - Öz istifadəçi adınızı və şifrənizi heçkimlə paylaşmayın
    - Dərsdə istifadə etdiyiniz nömrənizi heçkimə deməyin 
    - Forumda şəxsi yazışmalara icazə yoxdur

    Dərslərlə bağlı qaydalar:
     
    - Qeydlər aparmaq üçün dəftər tutun
    - Dərs vəsaitlərini dərsdən öncə hazır edin
    - Dərs vəsaiti ilə bağlı və ya texniki bir probleminiz olsa dərs otağında yazıb dərsin gedişatına mane olmayın, dərs otağından kənar (Skype vasitəsilə) moderatorlardan və ya başqa tələbələrdən sizə kömək etmələrini xahiş edin. 
    - Yuxarıda qeyd olunan tipli problemləri vaxtında aradan qaldırmaq üçün dərsə vaxtından əvvəl daxil olun
    - Müəllimin izahına şərhlər və əlavələr yazmayın! Ümumiyyətlə artıq yazılara yol verməyin
    - Dərslə bağlı suallarınızı yazıb dərsin axırına saxlayın, izah zamanı sual verməyin
    - Dərsin mövzusuna aid olmayan suallari verməyin!
    - Dərs otağında tələbələrin öz aralarında yazışmağı icazəli deyil!
    - Sual verdikdə və ümumiyyətlə tədris boyu elm tələb etməyin ədəblərinə riayət edin

    Dərsdə iştirakla bağlı qaydalar:

    - Dərsə gecikməyin! Gecikən tələbələrin adı qeyd olunur
    - Dərsdə iştirak edə bilməyəcəyini təqdirdə qabaqcadan moderatorlara yazıb xəbərdar edin, səbəbini izah edin
    - Bir neçə dəfədən artıq dərsi səbəbsiz buraxan tələbələr dərsdən kənarlaşdırılır
    - Bir neçə dəfə səbəbsiz dərsə hazır olmayan tələbələr dərsdən kənarlaşdırılır

    Dərsi dinləməklə bağlı qaydalar:

    - Dərsi audio şəklində yazıb saxlamaq icazəli deyil
    - Müəllimələr qadın olan dərsləri qulaqcıqsız dinləmək icazəli deyil


    Bu şərtlərdən hər hansısa birini (və ya bir neçəsini) pozan tələbələrə xəbərdarlıq edilir. Xəbərdarlıqdan sonra eyni şeyi təkrar edən tələbələr dərsdən kənarlaşdırılır. 

    Bizə bu neməti asanlaşdıran Rəbbimizə şükr edək ki, onu itirməyək və Rəbbimiz onu bizim üçün daha da artırsın. 
     “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (Ibrahim, 7)

    Mədrəsədə dərslərə qoşulan hər kəs öz imkanlarını qabaqcadan nəzərə almalı və şəxsi problemlərini dərslərdə zəifliyin səbəb kimi gətirməməlidir. Daimi olmayan, hərdən baş verən və təkrarlanmayan hallar istisnadır. Əgər sizin hər hansısa daimi və ya bir müddət çekə biləcək probleminiz varsa lakin buna baxmayaraq dərslərdə iştirak etmək istəyirsinizsə bizimlə qabaqcadan əlaqə saxlayıb halınızı bildirik ki, sizin məsələnizə ayrıca baxılsın.

    "Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər" (Buxari, Muslim)

      Текущее время Чт Ноя 21, 2024 4:50 pm